Xəbərlər
5 Mart-Bədən Tərbiyəsi və İdman Gününə həsr olunmuş basketbol yarışı keçirildi.

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Gəncə Şəhər Komitəsinin rəhbərliyi və 1 nömrəli Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin birgə təşkilatçılığı ilə şagirdlər arasında 5 Mart-Bədən Tərbiyəsi və İdman Gününə həsr olunmuş basketbol yarışı keçirildi. Yarışın keçirilməsində əsas məqsəd məktəblilər arasında idmana marağı artırmaq, sağlam həyat tərzini təbliğ etmək və gənclərin asudə vaxtını səmərəli təşkil etmək idi.
Yarış zamanı komandalar böyük həvəslə mübarizə apardılar, maraqlı və gərgin oyunlar nümayiş etdirdilər. Şagirdlər öz bacarıqlarını göstərərək komanda ruhunu və idmana olan sevgilərini bir daha nümayiş etdirdilər.
Sonda qalib komandalar müəyyənləşdirildi. Qalib və fərqlənən iştirakçılar təşkilatçılar tərəfindən fəxri fərman, kubok, medal və müxtəlif hədiyyələrlə mükafatlandırıldılar. Qalibləri təbrik edir, bütün iştirakçılara gələcək yarışlarda uğurlar arzulayırıq.






