“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

5 Mart – Bədən Tərbiyəsi və İdman Gününə həsr olunmuş futbol yarışı təşkil olundu.

10/03/2026, 12:06
xeber1

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Gəncə şəhər Komitəsinin rəhbərliyi və 1 nömrəli Uşaq-Gənclər Şahmat İdman Məktəbinin birgə təşkilatçılığı ilə 5 Mart – Bədən Tərbiyəsi və İdman Gününə həsr olunmuş futbol yarışı təşkil olundu.Yarışın keçirilməsində əsas məqsəd şagirdlər arasında sağlam həyat tərzinin təbliği, idmana marağın artırılması və gənclərin asudə vaxtlarının səmərəli təşkili idi.

Turnirdə iştirak edən şagirdlər böyük həvəslə mübarizə apararaq yüksək idman bacarıqları nümayiş etdirdilər. Gərgin və maraqlı keçən yarışın sonunda qalib komandalar müəyyənləşdirildi.

Sonda qalib komandalar fəxri fərman və medallarla təltif olundular. Tədbir iştirakçılara xoş anlar bəxş edərək idman ruhunun və dostluğun təntənəsinə çevrildi.

Gallery Image

Sosial şəbəkələrdə paylaş: