Xəbərlər
5 may 2026-cı il tarixində Azərbaycan Dövlət Pedaqoji Universiteti Tələbə Həmkarlar İttifaqı Komitəsi nəzdində fəaliyyət göstərən Gənc Yazarlar klubunun təşkilatçılığı ilə “Triplet” yarışı keçirilmişdir.

Yarışda iştirak edən komandalar ədəbiyyat üzrə biliklərini, məntiqi düşünmə və komanda işi bacarıqlarını nümayiş etdirmişlər. Gərgin və maraqlı mübarizə şəraitində keçən yarışın sonunda qaliblər aşağıdakı kimi müəyyən edilmişdir:
🥇 I yer — Olimplilər
🥈 II yer — Wilson La siento
🥉 III yer — 3X komandası
Qalib komandalar diplomlarla təltif olunmuşdur. Tədbirin əsas məqsədi tələbələrin intellektual inkişafına dəstək olmaq, onların dünya ədəbiyyatına marağını artırmaq və asudə vaxtlarını səmərəli təşkil etmək olmuşdur.