“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

5 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzində 8 Noyabr Zəfər Gününə həsr olunmuş "Zəfər 5" adlı tədbir keçirilib

05/11/2025, 18:55
xeber1

Nizami Kino Mərkəzində 5 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib.


Tədbirdə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Nəsimi Rayon Komitəsinin sədri Reyhan Ocaqova iştirak etmiş, çıxış edərək xalqımızın qəhrəmanlıq salnaməsinə çevrilmiş 44 günlük Vətən müharibəsinin şanlı Zəfər tarixindən ətraflı bəhs etmişdir. O, Vətən uğrunda canından keçən şəhidlərimizin qəhrəmanlığının və qazilərimizin fədakarlığının əhəmiyyətini vurğulamışdır.Reyhan Ocaqova çıxışı zamanı Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Araz Paşayevin səmimi salamlarını və təbriklərini tədbir iştirakçılarına çatdırmışdır.Eyni zamanda, 5 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktoru Elza Orucovanın 65 illik yubileyi münasibətilə onu təbrik etmiş, Nəsimi Rayon Komitəsi adından Fəxri Fərman, qiymətli hədiyyə və gül dəstəsi təqdim etmişdir.Tədbirdə mərkəzin şagirdləri tərəfindən Zəfər Gününə həsr olunmuş ədəbi-bədii kompozisiyalar, musiqi nömrələri və vətənpərvərlik ruhunda səhnəciklər nümayiş etdirilmişdir.

Sonda Vətən müharibəsində şəhid olan qəhrəmanlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, onların ailələrinə dərin ehtiram ifadə olunub.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: