Xəbərlər
5 oktyabr - Beynəlxalq Müəllimlər Günü münasibətilə ittifaq üzvlərimizi təbrik etdik

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının təşəbbüsü ilə ETİHİ Binəqədi Rayon Komitəsi tərəfindən 5 oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə rayon ərazisindəki təhsil müəssisələrində fəaliyyət göstərən ittifaq üzvləri təbrik etdik.
Elm və bilik cəmiyyətin inkişafının əsas təməlləridir. Bu təməlin formalaşmasında müəllimlərimizin və bütün təhsil işçilərinin əvəzsiz rolu vardır. Gələcək nəsillərin dünyagörüşünü, yaradıcılıq qabiliyyətini və intellektual potensialını formalaşdırmaqda göstərdiyiniz fədakar əməyə görə Sizə dərin təşəkkür edirik.
Müəllimlər də bu əlamətdar gün münasibətilə onlara göstərilən diqqət və qayğıya görə AHİK və ETİHİ rəhbərliyinə dərin minnətdarlıqlarını ifadə ediblər.
Qeyd edək ki, təqdimat tədbirlərində ETİHİ Respublika Komitəsinin mətbuat və ictimai əlaqələr şöbəsinin müdiri Ruhiyyə İsrafilova və ETİHİ Binəqədi Rayon Komitəsinin sədri Zahir Həsənov iştirak ediblər.












