“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

5 Oktyabr - Müəllimlər Günü

02/10/2026, 10:36
xeber1

5 Oktyabr - Beynəlxalq Müəllimlər Günü ilə bağlı Cəlilabad rayonunun ucqar kənd məktəblərində fəaliyyət göstərən bir qrup fəal müəllimlər təltif olunub. Tədbirdə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin əməkdaşı Əli Rzazadə, ETİHİ Cəlilabad rayon komitəsinin sədri Nəbi İskəndərov, Rayon İcra Hakimiyyəti Başçısının Ərazi-Təşkilati və İctimai-Siyasi məsələlər şöbəsinin İctimai-Siyasi və humanitar məsələlər sektorunun müdiri Varid Əsgərov iştirak ediblər. Təltif olunan müəllimlər AHİK, ETİHİ və Rayon Komitəsi rəhbərliyinə göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını ifadə ediblər.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: