“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

5 oktyabr – Beynəlxalq Müəllimlər Günü

04/10/2025, 16:57
xeber1

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının təşəbbüsü ilə 5 oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə Şəmkir Rayon Komitəsi tərəfindən silsilə tədbirlər keçirilmişdir.

Bu münasibətlə rayon ərazisində fəaliyyət göstərən təhsil müəssisələrinin müəllim-ittifaq üzvləri təbrik olunmuş, onların gənc nəslin formalaşmasında göstərdikləri fədakar əməyin yüksək qiymətləndirildiyi vurğulanmışdır.

Komitə nümayəndələri təhsil ocaqlarına səfər edərək müəllimlərə səmimi təbriklərini və xoş arzularını çatdırmış, onlara gül dəstələri, hədiyyələr və fəxri fərmanlar təqdim etmişlər.

Müəllimlər isə bu əlamətdar gün münasibətilə onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının və Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının rəhbərliyinə dərin minnətdarlıqlarını ifadə etmişlər.

Tədbirlərdə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin Hüquq şöbəsinin Baş texniki əmək müfəttişi Rəşad Səlimov, Üzv təşkilatlarla iş şöbəsinin Aparıcı mütəxəssis Fərid Cəfəri, Şəmkir Rayon Komitəsinin sədri Amin Alıyev həmçinin Şəmkir rayonu üzrə Təhsil Sektorunun müdiri Elşən Ələsgərov iştirak etmişdir.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: