Xəbərlər
5 oktyabr – Beynəlxalq Müəllimlər Günü ilə əlaqədar ETİHİ Səbail Rayon Komitəsi tabeliyində olan üzv təşkilatların müəllimlərini təbrik etmək məqsədilə bir sıra tədbirlər keçirir.

5 oktyabr dünya ictimaiyyətinin məhəbbətlə qarşıladığı və daim qəlbində yaşatdığı müəllimlərin peşə bayramı – Beynəlxalq Müəllimlər Günüdür.
ETİHİ Səbail Rayon Komitəsi tabeliyində olan üzv təşkilatların müəllimlərini təbrik etmək məqsədilə bir sıra tədbirlər keçirir.
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının üzv təşkilatı – Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının dəstəyi ilə qabaqcıl təhsil işçiləri ilə məktəblərdə görüşlər təşkil olunub. Görüşdə Elm və Təhsil İşçiləri Respublika Komitəsinin Beynəlxalq Əlaqələr şöbəsinin müdiri Qönçə Hacıyeva iştirak edərək müəllimlərin əməyinin yüksək qiymətləndirildiyini vurğuladı, rəhbərliyin təbriklərini çatdıraraq onlara təşəkkürnamə və gül dəstələri təqdim etdi.
Göstərilən diqqət və qayğıdan məmnun qalan müəllimlər Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin rəhbərliyinə dərin minnətdarlıqlarını ifadə etdilər.




