“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

5 oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibəti ilə müəllimlər təbrik edilib.

21/10/2025, 12:51
xeber1

5 oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə ETİHİ Zaqatala rayon Komitəsinin sədri Bəhruz Bayramov, ETİHİ Respublika Komitəsi sədrinin müşaviri Natiq Zamanov, Şəki-Zaqatala Regional Təhsil İdarəsi Zaqatala rayon üzrə Təhsil Sektorunun müdiri Kəmalə xanım Əhmədova təhsil sahəsində uzun illər səmərəli fəaliyyət göstərən, gənc nəslin təlim-tərbiyəsinə öz töhfəsini verən müəllimləri,eyni zamanda R.Şabanov adına Aşağı Tala kənd 3 nömrəli tam orta ümumtəhsil məktəblərinin ibtidai sinif müəllimi Vətən Müharibəsi Qəhrəmanı Valeh Bədəlovun anası Südabə xanım Qazıyevanıda Fəxri Fərman, gül dəstələri və hədiyyələrlə təbrik etmişdir. Bu münasibətlə bütün müəllimlərə sağlamlıq, işlərində uğurlar və gələcək fəaliyyətlərində yeni nailiyyətlər arzulayırıq. Kollektivimiz və təhsil müəssisələrində çalışan müəllimlər adından Konfederasiyanın sədri cənab Sahib Məmmədova və Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri cənab Araz Paşayevə müəllimlərə göstərdikləri xüsusi diqqətə görə minnətdarlığımızı bildiririk.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: