“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

5 oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə ETİHİ Gəncə şəhər Komitəsi tərəfindən tədbir keçirildi.

21/10/2025, 10:03
xeber1

5 oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə ETİHİ Gəncə şəhər Komitəsinin rəhbərliyi, ETİHİ Respublika Komitəsinin baş katibi Pərvanə Əliyeva və GDRTİ-nin müdiri Elçin Kərimov təhsil sahəsində uzun illər səmərəli fəaliyyət göstərən, gənc nəslin təlim-tərbiyəsinə öz töhfəsini verən müəllimləri Fəxri Fərman, gül dəstələri və hədiyyələrlə təbrik etmişdir. Bu münasibətlə bütün müəllimlərə sağlamlıq, işlərində uğurlar və gələcək fəaliyyətlərində yeni nailiyyətlər arzulayırıq. Kollektivimiz və təhsil müəssisələrində çalışan müəllimlər adından Konfederasiyanın sədri cənab Sahib Məmmədova və Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri cənab Araz Paşayevə müəllimlərə göstərdikləri xüsusi diqqətə görə minnətdarlığımızı bildiririk.

Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: