Xəbərlər
5 oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Bərdə rayon Komitəsi tərəfindən rayonun bir sıra məktəblərində çalışan müəllimlərin təltif olunması ilə bağlı tədbir təşkil olunub.

Tədbirdə çıxış edən Komitənin sədri Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri cənab Sahib Məmmədov və Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika komitəsinin sədri cənab Araz Paşayevin təbriklərini müəllimlərə çatdıraraq bildirib ki, müəllimlər cəmiyyətin mənəvi dayağı, gələcəyin qurucularıdır. Onların yorulmaz əməyi sayəsində ölkəmizdə savadlı, vətənpərvər və gənc nəsil yetişir.
Tədbir çərçivəsində rayonda uzunmüddətli pedaqoji fəaliyyəti ilə fərqlənən, şagirdlərin təlim-tərbiyəsində xüsusi nailiyyətlər qazanan bir sıra müəllimlər Fəxri fərmanlar, təşəkkürnamələr, eləcə də hədiyyələrlə təltif olunublar.
Sonda çıxış edən müəllimlər göstərilən diqqət və qayğıya görə Azərbaycan Həmkarlar İttifaqları Konfederasının və Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika komitəsinin rəhbərliyinə öz minnətdarlıqlarını bildiriblər.







