“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə ETİHİ Səbail Rayon Komitəsi silsilə tədbirlər keçirir.

05/10/2025, 13:04
xeber1

5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə ETİHİ Səbail Rayon Komitəsi silsilə tədbirlər keçirir.

Səbail Rayon Komitəsinin üzv təşkilatları olan məktəblərdə sertifikasiya imtahanında 50-dən yuxarı bal toplayan müəllimləri, həmçinin bağçalarda uşaqların təlim-tərbiyəsində fərqlənən pedaqoqları təbrik etmək məqsədilə ümumilikdə 150 nəfər Beynəlxalq Müəllimlər Günü münasibətilə Gənc Tamaşaçılar Teatrının biletləri ilə təmin olunub.

Eyni zamanda, ömrünü təhsilə həsr etmiş, hazırda təqaüddə olan qocaman müəllimlərlə görüş keçirilib. Təqaüdçü müəllimlər məktəb illərini xatırlayaraq xoş xatirələrini bölüşüblər. Səmimi görüşdən təsirlənən müəllimlər bu cür tədbirləri müəllim əməyinə verilən yüksək dəyər kimi qiymətləndirib və Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının rəhbərliyinə təşəkkürlərini bildiriblər.

Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: