Xəbərlər
"5 Oktyabr - Beynəlxalq Müəllimlər Günü" münasibətilə tədbir keçirilib.

02 oktyabr 2025-ci il tarixində Şirvan-Salyan Regional Təhsil İdarəsi və ETİHİ Salyan Rayon Komitəsinin birgə təşkilatçılığı ilə
"5 Oktyabr - Beynəlxalq Müəllimlər Günü" münasibətilə tədbir keçirilib.
Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlamış, ardınca Vətənimizin azadlığı və torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman oğullarımızın əziz xatirəsi sevgi və ehtiramla yad edilmişdir.
Tədbirdə Şirvan-Salyan Regional Təhsil İdarəsinin müdiri Rəşad Musayev, YAP Salyan Rayon Təşkilatının sədri Elmar Əhmədov, Salyan Rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər üzrə şöbəsinin müdir müavini
Məhərrəm Məmmədov, Salyan rayon Heydər Əliyev mərkəzinin direktoru Nübar Əliyeva, Salyan rayonu üzrə Təhsil Sektorunun müdiri Razıgül Dadaşova, rayonun qabaqcıl təhsil işçiləri və ömrünü gənc nəslin təlim-tərbiyəsi işinə həsr etmiş təqaüdçü müəllimlər iştirak edib.
Tədbiri ETİHİ Salyan Rayon Komitəsinin sədri Aynur Əsgərova açaraq peşə bayramı münasibətilə müəllimləri təbrik edib, onlara ETİHİ Respublika Komitəsinin sədri cənab Araz Paşayevin təbriklərini çatdırıb. Daha sonra söz ŞSRTİ-nin müdiri Rəşad Musayevə verilib. Rəşad Musayev peşə bayramı münasibətilə Şirvan -Salyan Regional Təhsil İdarəsinin tabeliyində çalışan bütün təhsil işçilərini təbrik edərək, 2024/2025-ci tədris ilində təhsil sahəsində qazanılan uğurlardan danışıb.
O, qeyd edib ki, bütün əldə edilən nailiyyətlərdə fədakar müəllimlərimizin əvəzsiz xidmətləri olub. İştirak edən qonaqlar da öz ürək sözləri ilə müəllimləri təbrik edib, tədbirin təşkilatçılarına minnətdarlıqlarını bildiriblər.
Daha sonra 2024/2025-ci tədris ilində əldə olunmuş uğurlara görə Elm və Təhsil naziri cənab Emin Əmrullayevin əmri ilə 2 nəfər təhsil işçisinə "Qabaqcıl Təhsil İşçisi" dös nişanı , 1 nəfərə isə "Fəxri Fərman" təqdim edilib.














