“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

5 oktyabr – “Beynəlxalq Müəllimlər Günü” münasibətilə tədbirlər təşkil olunmuşdur.

05/10/2025, 23:51
xeber1

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin təşəbbüsü ilə 5 oktyabr – “Beynəlxalq Müəllimlər Günü” münasibətilə Xəzər Rayon Komitəsi tərəfindən silsilə tədbirlər təşkil olunmuşdur.


Tədbirlər çərçivəsində Respublika Komitəsinin əməkdaşlarının iştirakı ilə müxtəlif təhsil müəssisələri ziyarət edilmiş, müəllimlərə gül dəstələri, hədiyyələr və fəxri fərmanlar təqdim olunmuşdur. Müəllimlər bu əlamətdar gün münasibətilə onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri cənab Sahib Məmmədova və Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri cənab Araz Paşayevə dərin minnətdarlıqlarını bildirmişlər.

Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: