Xəbərlər
5 oktyabr – Beynəlxalq Müəllimlər Günü qeyd edilib.

Oktyabrın 2-də Şəki-Zaqatala Regional Təhsil İdarəsinin, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Şəki Şəhər Komitəsinin və Şəki Rayonu üzrə Təhsil Sektorunun birgə təşkilatçılığı ilə 5 oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə təhsil işçiləri ilə görüş keçirilib.
Tədbirdə Şəki-Zaqatala Regional Təhsil İdarəsi müdiri Günay Mahmudova, ETİHİ Şəki Şəhər Komitəsinin sədri Ziyafət Xasıyeva,İnzibati Təşkilat sektorunun müdiri Rauf Əsədov,Şəki Rayonu üzrə Təhsil Sektorunun müdiri Zamiq Cəbiyev, şəhid anaları, məktəb direktorları,hik sədrləri və müəllimlər iştirak ediblər.
Tədbir Ulu Öndər Heydər Əliyevin məzarının ziyarət edilməsi ilə başlayıb, Dövlət himni səsləndirilib və vətən uğrunda şəhid olmuş qəhrəmanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən Şəki-Zaqatala Regional Təhsil İdarəsinin müdiri Günay Mahmudova,ETİHİ Şəki Şəhər Komitəsinin sədri Ziyafət Xasiyeva və Şəki Rayonu üzrə Təhsil Sektorunun müdiri Zamiq Cəbiyev müəllimlərin cəmiyyətdəki rolundan,təhsilə olan dövlət qayğısından bəhs edib və kollektivə xoş arzularını çatdıraraq müəllimləri peşə bayramı münasibətilə təbrik ediblər. Şəhid Anaları-Dursun Cavadova, Rəsmiyyə Nadirova və 11 nömrəli məktəbin müəllimi Pərvanə İsgəndərova çıxış edərək göstərilən diqqət və qayğıya görə rəhbərliyə təşəkkürlərini bildiriblər.
5 oktyabr-Beynəlxalq Müəllimlər Günü münasibətilə 4 nəfər müəllimə təhsilin inkişafındakı xidmətlərinə, gənc nəslin təlim-tərbiyəsi sahəsində yüksək nailiyyətlərinə görə Elm və Təhsil Nazirliyinin Fəxri Adları,25 nəfər müəllimə isə Şəki -Zaqatala Regional Təhsil İdarəsinin, ETİHİ-nin Şəki Şəhər Komitəsinin və Şəki Rayonu üzrə Təhsil Sektorunun Fəxri Fərmanları,hədiyyələri və gül buketləri təqdim olunub.
Sonda şagirdlərin ifasında müəllimlərə həsr edilmiş ədəbi-bədii kompozisiya nümayiş etdirilib












