“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

5 oktyabr – Müəllimlər Günü münasibətilə ümumtəhsil məktəblərdə görüşlər keçirilib

02/10/2025, 15:16
xeber1

5 oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Yasamal Rayon Komitəsi tərəfindən rayonun ümumtəhsil məktəblərində görüşlər keçirilib. Görüşlərin əsas məqsədi müəllim əməyinə verilən yüksək qiyməti göstərmək, onların fədakar fəaliyyətinə hörmət və ehtiramı ifadə etmək olub.


Pedaqoji fəaliyyəti ilə seçilən, şagirdlərin təlim-tərbiyəsində xüsusi nailiyyətlər qazanan bir qrup müəllim Fəxri Fərmanlar və xatirə hədiyyələri ilə təltif olunub. Təltif edilən müəllimlər göstərilən diqqət və qayğıya görə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasına, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinə minnətdarlıqlarını bildiriblər.

Görüşlər müəllimlərin cəmiyyətin inkişafındakı roluna verilən dəyərin bariz nümunəsi kimi yadda qalıb.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: