Xəbərlər
5 Oktyabr Beynəlxalq müəllimlər günü

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin təşəbbüsü ilə, səmərəli pedaqoji fəaliyyətinə və 5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə Suraxanı Rayon Komitəsi ərazisində yerləşən, yüksək nəticələr göstərmiş 16 nəfər təhsil işçisi mükafatlandırılmışdır.
Respublika Komitəsinin nümayəndələri və Suraxanı Rayon Komitəsinin əməkdaşları tərəfindən 16 təhsil müəssisəsində kollektiv üzvləri ilə görüş keçirilmiş, mükafatlandırılanlara gül dəstəsi və fəxri fərman təqdim olunmuşdur.
Mükafatlandırılan təhsil işçiləri bu təbrikin gözlənilməz olduğunu bildirərək, göstərilən diqqət və dəstəyə görə AHİK sədri cənab Sahib Məmmədova və ETİHİ sədri cənab Araz Paşayevə təşəkkürlərini ifadə etmişlər.
















