Xəbərlər
5 oktyabr – Beynəlxalq Müəllimlər Günü

“Təhsil millətin gələcəyidir,
müəllim isə bu gələcəyin memarıdır.”
Ulu Öndər Heydər Əliyev
5 oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Siyəzən Rayon Komitəsi, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının üzv təşkilatı olan Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin dəstəyi ilə Siyəzən rayonunun ümumtəhsil müəssisələrində bir sıra müəllimlərlə görüş təşkil etmişdir.
Görüşdə ETİHİ Respublika Komitəsinin sədrinin müşaviri Vüsal Əliyev, Siyəzən rayonu üzrə təhsil sektorunun müdiri Elşad Sultanov və ETİHİ Siyəzən Rayon Komitəsinin sədri Gülər Babayeva iştirak etmişdilər.
Görüş zamanı aşağıda adları qeyd olunan müəllimlər gül dəstələri, hədiyyələr və təşəkkürnamə ilə təbrik olunmuşlar:
1. Yanıq Ələz kənd ümumi orta məktəbi – Mirzəquliyev Qərənfil Namiq qızı
2. Siyəzən Rayon Sədan kənd tam orta məktəbi – Salohov Novruz Akif oğlu
3. Siyəzən Rayon Dağquşçu kənd tam orta məktəbi – Ağayeva Tünzalə Ruhulla qızı
4. Gilgilçay Stansiya tam orta məktəbi – Əhədova Gülnar Haqverdi qızı
Müəllimlər onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri cənab Sahib Məmmədova və Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri cənab Araz Paşayevə öz dərin minnətdarlıqlarını bildirmişlər.
Əziz və dəyərli müəllimlərimizi 5 oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə səmimi qəlbdən təbrik edirik!














