Xəbərlər
5 oktyabr Beynəlxalq Müəllimlər Günü
5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Sabunçu Rayon Komitəsinin təşkilatçılığı ilə 309 nömrəli tam orta məktəbin akt zalında tədbir keçirildi.
Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Sabunçu Rayon Komitəsinin təşkilatçılığı ilə keçirilən tədbirdə ilk təşkilat sədrləri,fəaliyyəti ilə fərqlənən, yüksək nəticə göstərən müəllimlər iştirak etdilər.
Tədbirdə çıxış edən Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Sabunçu Rayon Komitəsinin sədri Alı Məmmədov müəllimləri peşə bayramı münasibətilə AHİK rəhbərliyi, ETİHİ Respublika Komitəsinin rəhbərliyi və rayon komitəsinin adından təbrik etdi. O, müəllimlərin təhsil sahəsindəki mühüm rolundan, peşəkarlığından və gənc nəslin formalaşmasında göstərdikləri fəaliyyətdən danışdı, onlara gələcək işlərində uğurlar və yeni nailiyyətlər arzuladı.
Tədbirdə çıxış edən ittifaq üzvləri göstərilən diqqət və qayğıya görə AHİK rəhbərliyinə, ETİHİ Respublika Komitəsinin rəhbərliyinə və Sabunçu Rayon Komitəsinə öz dərin minnətdarlıqlarını bildirdilər.
Tədbirin sonunda 295 nəfər müəllim Təşəkkürnamə və qiymətli hədiyyə ilə təltif olundu.










