“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü

06/10/2026, 16:50
xeber1

5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Gədəbəy rayon komitəsi olaraq rayonumuzun təhsil müəssisələrində müəllimlərlə görüşlər keçirərək onların bayram sevincini bölüşdük, şərəfli və məsuliyyətli fəaliyyətlərinə görə dərin hörmət və ehtiramımızı ifadə etdik.


Tədbirimizdə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin Mədəni-kütləvi və idman işləri üzrə şöbə müdiri Elnur Sadıqov da iştirak edib.


Görüşlər zamanı səmərəli fəaliyyəti, peşəkarlığı və fədakar əməyi ilə fərqlənən müəllim və kollektivlər təltif ediliblər.


Əziz müəllimlər, hər bir şagirdin uğurunda və gələcəyin formalaşmasında sizin böyük əməyiniz var. Sizi 5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə səmimi-qəlbdən təbrik edir, möhkəm cansağlığı və yeni uğurlar arzulayırıq!


Müəllim əməyinə hörmət – gələcəyə hörmətdir!


#ETİHİ #ETİHİGədəbəy #BeynəlxalqMüəllimlərGünü

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: