Xəbərlər
5 Oktyabr "Beynəlxalq Müəllimlər Günü"
01/10/2026, 11:58

5 Oktyabr "Beynəlxalq Müəllimlər Günü" münasibətilə Elm və Təhsil İşçiləri Respublika Həmkarlar Komitəsinin əməkdaşı Elnur Sadıqov və ETİHİ Tovuz Rayon Komitəsi ucqar dağ kəndlərindən Sofular,Qalaboyun,Kirən,Ağbulaq,Əsrik Cırdaxan,Bayramlı kəndlərində olmuş,müəllimləri təbrik etmişlər.Hörmətli müəllimlər sizin zəhmətiniz,səbriniz və fədakarlığınız savadlı və layiqli insanların yetişməsində böyük rol oynayır.Hər bir şagirdin həyatına bəxş etdiyiniz bilik və dəyərlər daim hörmət və minnətdarlıqla xatırlanır.Siz müəllimlərə möhkəm can sağlığı,ailə səadəti,işlərinizdə uğurlar və hər zaman şagirdlərinizin sevgisini qazanmağı arzulayırıq.
Müəllimlər gününüz mübarək.









