“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

5 Oktyabr Beynəlxalq Müəllimlər Günü ETİHİ Ağstafa rayon Komitəsi

05/10/2025, 21:14
xeber1

5 oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı və ETİHİ Ağstafa Rayon Komitəsi nin təşkilatçılığı ilə Qazax–Tovuz Regional Təhsil İdarəsinin Ağstafa rayonunda çalışan bir qrup müəllim pedaqoji fəaliyyətlərində fərqləndiklərinə görə təltif olundu.

İlk öncə hər zaman müəllimlərə yüksək dəyər verən Ulu Öndər Heydər Əliyevin abidəsi ziyarət edildi. Onun “Müəllim adından yüksək ad tanımıram” kəlamı tədbirin məramını daha da dərinləşdirdi.

Təltif olunan müəllimlər:

Aygün Hacıyeva – Böyük Kəsik kənd tam orta məktəbi

Gözəl Rzayeva – Qırlı kənd tam orta məktəbi

Mələk Salahova – Dağ Kəsəmən kənd tam orta məktəbi

Könül Nəsirova – Ağstafa şəhər Texniki-Humanitar Təmayüllü Lisey

Şəfəq Cəlilova -Yaradullu kənd tam orta məktəbi

Gunay Zeynalova - Köhnəqışlaq kənd tam orta məktəbi

Sofya Qasımova -Ağstafa şəhər 1 - nömrəli tam orta məktəbi

Aynur Əliyeva -Agstafa şəhəri 2 nömrəli tam orta məktəbi

Elm və Təhsil İşçiləri Həmkarlar Komitəsinin əməkdaşı Rəşad Səlimov, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Sahib Məmmədovun, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Komitəsinin sədri Araz Pashayev in adından müəllimləri səmimi qəlbdən təbrik edərək, təltif olunanların timsalında bütün pedaqoji kollektivə minnətdarlıq sözlərini çatdırdı.

ETİHİ Ağstafa Rayon Komitəsinin sədri Elvira Əfəndiyeva çıxışında vurğuladı ki, müəllimlərimizin zəhməti və gənc nəslin savadlı, vətənpərvər ruhda formalaşmasında göstərdikləri fədakarlıq hər zaman ən yüksək qiymətə layiqdir.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: