“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

5 oktyabr – Beynəlxalq Müəllimlər Günü ilə əlaqədar Müəllimlərlə görüş

01/10/2026, 09:01
xeber1

Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin Daşkəsən rayonu üzrə təhsil sektorunun aid olan Qaraqollar kənd tam orta ümumtəhsil məktəbində təhsil işçiləri ilə görüş keçirilib. 5 oktyabr – Beynəlxalq Müəllimlər Günü ilə əlaqədar  Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Daşkəsən Rayon Komitəsinin təşkilatçılığı ilə Qaraqollar kənd tam orta ümumtəsil məktəbində keçirilib. Görüşdə təhsil işçilərinin əmək hüquqlarının müdafiəsi, sosial təminat məsələləri, əməyin mühafizəsi, təhlükəsiz və sağlam iş şəraitinin yaradılması, əmək münasibətlərinin düzgün tənzimlənməsi və həmkarlar ittifaqının üzvlərə göstərdiyi hüquqi və sosial dəstək imkanları müzakirə olunub. Həmçinin ETİHİ Daşkəsən Rayon Komitəsinin həyata keçirdiyi sosial layihələr və hüquqi maarifləndirmə istiqamətində görülən işlər barədə məlumat verilib. Görüşün sonunda məktəbin kollektivi 5 oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə təbrik olunub, müəllim və təhsil işçilərinə məsuliyyətli və şərəfli fəaliyyətlərində uğurlar arzulanıb. ETİHİ Daşkəsən Rayon Komitəsi təhsil işçilərinin əmək hüquqlarının müdafiəsi, onların sosial məsələlərinin diqqətdə saxlanılması etdirir.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: