Xəbərlər
5 oktyabr Beynəlxalq Müəllimlər günü münasibətilə Ağsu rayonun ucqar kənd ümumtəhsil məktəblərinin müəllim kollektivi ilə görüş keçirildi.

5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətiləDağlıq Şirvan Regional Təhsil İdarəsinin Ağsu Rayon Sektorunun müdiri Ramin Mahmudov və Elm və Təhsil İşçilər Həmkarlar İttifaqının Ağsu Rayon Komitəsinin sədri Sevinc Beybydova rayonun bir sıra ucqar kənd təhsil məktəblərində müəllimlərlə görüşlər keçiriblər.
Görüşlər çərçivəsində Əbülfəz Eldarov adına Abasxanlı kənd tam orta ümumtəhsil məktəbində, Ərəbmehdibəy kənd tam orta ümumtəhsil məktəbində və Qarabağlı kənd tam orta ümumtəhsil məktəbində pedaqoji kollektivlərlə səmimi söhbətlər aparılıb, müəllimlər peşə bayramları münasibətilə təbrik ediliblər.
Abasxanlı kənd tam orta ümumtəhsil məktəbində məktəbin uğurlarına xüsusi diqqət yetirildi. Qeyd olundu ki, məktəbin tarixində ilk dəfə olaraq 9-cu sinif buraxılış imtahanlarında yüksək nəticə əldə olunub. Bu uğurda əməyi olan ingilis dili müəllimi Leyla müəlliməyə təşəkkürümüzü bildirdik.
Həmçinin məktəbin dəyərli pedaqoqlarından Sənan müəllim və bütün kollektivlə səmimi görüş keçirərək onları peşə bayramı münasibətilə təbrik etdik.
Qarabağlı kənd tam orta ümumtəhsil məktəbində isə məktəbin direktoru Rasim müəllimi 65 illik yubileyi münasibətilə təbrik etdik. Eyni zamanda, Azərbaycan dili fənni üzrə şagirdlərinin yüksək nəticələri ilə seçilən Sənan müəllimin əməyini xüsusi qeyd edərək ona təşəkkürümüzü çatdırdıq.
Ərəbmehdibəy kənd məktəbində şəhid İsmət Qismət oglunun anası olan Aynur müəlliməni ziyarət edərək ona dərin hörmət və ehtiramımızı ifadə etdik, müəllimlik fəaliyyətində uğurlar arzuladıq.
Görüşlər zamanı müəllimlərimizin təhsilimizin inkişafı naminə gördükləri fədakar işlərdən danışıldı, onların cəmiyyətimiz üçün əhəmiyyəti vurğulandı.
Bütün müəllimlərimizi Beynəlxalq Müəllimlər Günü münasibətilə ürəkdən təbrik edir, möhkəm cansağlığı, xoşbəxtlik və yeni nailiyyətlər arzulayırıq.
















