“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

5 Oktyabr -Beynəlxalq Müəllimlər Günü münasibətilə əlaqədar olaraq Qubadlı rayonunun ümumtəhsil məktəblərində çalışan 5 nəfər qabaqcıl təhsil işçisi Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin təşəbbüsü ilə ETİHİ Qubadlı Rayon Komitəsi tərəfindən mükafat və hədiyyələrlə təltif edildi.

01/10/2025, 10:00
xeber1

5 Oktyabr -Beynəlxalq Müəllimlər Günü münasibətilə əlaqədar olaraq Qubadlı rayonunun ümumtəhsil məktəblərində çalışan 5 nəfər qabaqcıl təhsil işçisi Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin təşəbbüsü ilə ETİHİ Qubadlı Rayon Komitəsi tərəfindən mükafat və hədiyyələrlə təltif edildi. Mükafatlandırma mərasimləri müəllimlərin çalışdığı təhsil müəssisələrində tədris zamanı həyata keçirilmişdir. Tədbirlərdə ETİHİ Qubadlı Rayon Komitəsinin sədri Möhlət Orucov və məktəb rəhbərləri iştirak etmişdir. ETİHİ Qubadlı Rayon Komitəsinin sədri Möhlət Orucov Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri cənab Sahib Məmmədov və Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri cənab Araz Paşayevin təbriklərini təhsilverənlərə çatdıraraq, onlara gələcək fəaliyyətlərində uğurlar arzulamışdır. Müəllimlər göstərilən xüsusi diqqət və qayğıya görə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri cənab Sahib Məmmədova və Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri cənab Araz Paşayevə minnətdarlıqlarını bildirmiş, belə yanaşmanın onlara daha yaxşı çalışmaq üçün stimul verəcəyini vurğulamışlar. 

Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: