Xəbərlər
5 Oktyabr Beynəlxalq Müəllimlər Günü münasibətilə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Nəsimi Rayon Komitəsinin üzv təşkilatlarında keçirilən tədbirlər.

"5 oktyabr Beynəlxalq Müəllimlər Günü" ərəfəsində ETİHİ Nəsimi Rayon Komitəsinin üzv təşkilatlarından ümumtəhsil məktəblərində çalışan 13 nəfər qabaqcıl təhsil işçisi Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin təşəbbüsü ilə ETİHİ Nəsimi Rayon Komitəsi tərəfindən mükafat və hədiyyələrlə təltif edilib.
Mükafatlandırma mərasimləri müəllimlərin çalışdıqları təhsil müəssisələrində dərs prosesinə paralel olaraq həyata keçirilib. Tədbirlərdə ETİHİ Respublika Komitəsinin Beynəlxalq Əlaqələr Şöbəsinin müdiri Qönçə Hacıyeva iştirak edərək, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri cənab Sahib Məmmədovun və Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri cənab Araz Paşayevin təbriklərini müəllimlərə çatdırıb, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Müəllimlər göstərilən diqqət və qayğıya görə rəhbərliyə minnətdarlıqlarını bildirərək, bu təşəbbüsün onların fəaliyyətinə əlavə stimul verdiyini vurğulayıblar.















