“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Tərtər rayon Komitəsinin təşəbbüsü ilə Tərtər rayonunda yerləşən Tərtər İstirahət mərkəzinə qonaq qismində dəvət ediliblər.

07/10/2026, 17:13
xeber1

5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Tərtər rayon Komitəsinin təşəbbüsü ilə Tərtər rayonunda yerləşən Tərtər İstirahət mərkəzinə qonaq qismində dəvət ediliblər.

Görüşdə ETİHİ Tərtər Şəhər Komitəsinin sədri Niyaməddin Aslanov və komitənin əməkdaşı Amil Hüseynov, Musaməddin Qurbanov Tərtər Təhsil İdarəsinin əməkdaşı Mahir Qurbanov, Semnarə Hüseynova və digər üzvlərimiz iştirak ediblər.

Görüş zamanı ETİHİ Tərtər rayon Komitəsinin sədri və qonaqlar çıxış edərək müəllimləri 5 0ktyabr -Beynəlxalq Müəllimlər Günü münasibətilə təbrik edib, onlara xoş arzularını bildiriblər.

Tədbir çərçivəsində bir qrup müəllim hədiyyə və Fəxri Fərmanla mükafatlandırılıblar.

Təhsil işçiləri onlara göstərilən bu dəyərli diqqətə və əməklərinə verilən qiymətə görə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi rəhbərliyinə və komitə üzvlərinə öz səmimi təşəkkürlərini bildiriblər.

Sonda xatirə şəkilləri çəkilib

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: