Xəbərlər
5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə ETİHİ Zaqatala Rayon Komitəsi tərəfindən i Vətən Müharibəsi Qəhrəmanı Valeh Bədəlovun anasını təbrik edilib

5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə ETİHİ Zaqatala Rayon Komitəsinin sədri Bəhruz Bayramov R. Şabanov adına Aşağı Tala kənd 3 nömrəli tam orta ümumtəhsil məktəbinin ibtidai sinif müəllimi, Vətən Müharibəsi Qəhrəmanı Valeh Bədəlovun anası Südabə müəlliməni ziyarət edib.
Görüş zamanı Bəhruz Bayramov Südabə müəlliməni peşə bayramı münasibətilə səmimi-qəlbdən təbrik edərək, ona möhkəm cansağlığı, uzun ömür, ailə səadəti və gələcək pedaqoji fəaliyyətində uğurlar arzulayıb.
Qeyd olunub ki, müəllimlik peşəsi böyük zəhmət, məsuliyyət və fədakarlıq tələb edən şərəfli bir peşədir. Gənc nəslin savadlı, vətənpərvər və milli-mənəvi dəyərlərə bağlı ruhda yetişdirilməsində müəllimlərin əməyi əvəzsizdir.
Südabə müəllimə göstərilən diqqət və qayğıya görə ETİHİ Zaqatala Rayon Komitəsinin rəhbərliyinə minnətdarlığını bildirib.
ETİHİ Zaqatala Rayon Komitəsi çoxsaylı ittifaq üzvləri adından 5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə bütün ümumtəhsil müəssisələrində çalışan müəllimləri səmimi-qəlbdən təbrik edir, onlara möhkəm cansağlığı, xoşbəxtlik və şərəfli fəaliyyətlərində yeni-yeni uğurlar arzulayır!





