“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə görüşlər keçirilib

05/10/2026, 10:30
xeber1

5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin təşəbbüsü ilə Yevlax rayonunda yerləşən Əxşam kənd tam orta ümumtəhsil məktəbində müəllimlərlə görüşlər keçirilib.

Görüşdə ETİHİ Yevla Şəhər Komitəsinin sədri Əfsanə Səlimova ,Mərkəzi Aran Regional Təhsil İdarəsinin əməkdaşı,ilk həmkarlar ittifaqı təşkilat sədri Məmmədalı Əhmədov, Yevlax Rayonu üzrə Təhsil Sektorunun müdiri Namidə Abbasova iştirak ediblər.

Görüş zamanı ETİHİ Yevlax Şəhər Komitəsinin sədri və qonaqlar çıxış edərək müəllimləri 5 0ktyabr -Beynəlq Müəllimlır günü münasibətilə təbrik edib, onlara xoş arzularını bildiriblər.

Dəyirmi masa ətrafında keçirilən səmimi və işgüzar görüşdə müəllimlərin gündəlik fəaliyyəti, qarşılaşdıqları məsələlər və təhsil sahəsində həyata keçirilən işlər, o cümlədən ETİHİ Respublika Komitəsi tərəfindən təhsil işçilərinin əmək, sosial-iqtisadi hüquqlarının qorunması, istirahət və müalicələrinin təşkili istiqamətində həyata keçirilən tədbirlər barədə fikir mübadiləsi aparılıb. Qonaqlar müəllimləri 5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə təbrik edirək onlara bu məsuliyyətli və şərəfli fəaliyyətlərində möhkəm cansağlığı, uğurlar və yeni nailiyyətlər arzulayıblar.

Tədbir çərçivəsində bir qrup müəllim hədiyyə ,gül dəstələri və Fəxri Fərmanla mükafatlandırılıblar.

Təhsil işçiləri onlara göstərilən bu dəyərli diqqətə və əməklərinə verilən qiymətə görə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi rəhbərlərinə və kollektivinə öz səmimi təşəkkürlərini bildiriblər.

Sonda xatirə şəkilləri çəkilib.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: