“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə görüşlər keçirilib

05/10/2026, 10:15
xeber1

5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin təşəbbüsü ilə Yevlax rayonunda yerləşən X.Məmmədov adına Aşağı Qarxun kənd tam orta ümumtəhsil məktəbi, P.Şüküroğlu adına Qaraoğlan kənd tam orta ümumtəhsil məktəbi və Aşağı Bucaq kənd ümumi orta ümumtəhsil məktəblərində müəllimlərlə görüşlər keçirilib.

Görüşlərdə ETİHİ Respublika Komitəsinin İnzibati İdarəetmə şöbəsinin müdiri Yasin Vəliyev, ETİHİ Yevla Şəhər Komitəsinin sədri Əfsanə Səlimova ,Mərkəzi Aran Regional Təhsil İdarəsinin əməkdaşı,ilk həmkarlar ittifaqı təşkilat sədri Məmmədalı Əhmədov, Yevlax Rayonu üzrə Təhsil Sektorunun müdiri Namidə Abbasova və Yevlax Rayonu Üzrə Təhsil Sektorunun məsləhətçisi Zaur Rüstəmov iştirak ediblər.

Tədbirlər Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Görüşlər zamanı AHİK-in və ETİHİ Respublika Komitəsinin rəhbərliyinin bayram təbrikləri təhsil işçilərinə çatdırılıb, müəllim əməyinin cəmiyyətin inkişafında və gələcək nəslin formalaşmasında mühüm rolu vurğulanıb.

Dəyirmi masa ətrafında keçirilən səmimi və işgüzar görüşdə müəllimlərin gündəlik fəaliyyəti, qarşılaşdıqları məsələlər və təhsil sahəsində həyata keçirilən işlər, o cümlədən ETİHİ Respublika Komitəsi tərəfindən təhsil işçilərinin əmək, sosial-iqtisadi hüquqlarının qorunması, istirahət və müalicələrinin təşkili istiqamətində həyata keçirilən tədbirlər barədə fikir mübadiləsi aparılıb. Qonaqlar müəllimləri 5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə təbrik edirək onlara bu məsuliyyətli və şərəfli fəaliyyətlərində möhkəm cansağlığı, uğurlar və yeni nailiyyətlər arzulayıblar.

Tədbir çərçivəsində bir qrup müəllim hədiyyə ,gül dəstələri və Fəxri Fərmanla mükafatlandırılıblar.

Təhsil işçiləri onlara göstərilən bu dəyərli diqqətə və əməklərinə verilən qiymətə görə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi rəhbərlərinə və kollektivinə öz səmimi təşəkkürlərini bildiriblər.

Sonda xatirə şəkilləri çəkilib.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: