Xəbərlər
5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə görüşlər keçirilib

5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə ETİHİ Salyan Rayon Komitəsinin təşkilatçılığı ilə rayonun bir neçə ümumtəhsil məktəbində çalışan ittifaq üzvləri ilə görüşlər keçirilib.
Görüşlər zamanı komitə sədri təhsil işçilərinin cəmiyyətin inkişafında, gənc nəslin formalaşmasında və gələcəyimizin qurulmasında əvəzsiz rolunu xüsusi vurğulayıb. O, müəllim əməyinin yalnız bilik verməklə məhdudlaşmadığını, onun eyni zamanda insan yetişdirmək, gələcəyə yol göstərmək və dəyərlər aşılamaq kimi böyük missiya daşıdığını qeyd edib.
Səmimi söhbət şəraitində keçən görüşlərdə təhsil işçilərinin qayğı və ehtiyacları dinlənilib, onların əməyinə verilən yüksək dəyər ifadə olunub.
Tədbirlərdə 2025/2026-cı tədris ilində uğurlar əldə etmiş bir neçə müəllim ETİHİ Salyan Rayon Komitəsinin Fəxri Fərmanları ilə təltif olunub, onlara yeni-yeni nailiyyətlər arzulanıb.
Səmimi görüslər zamanı ittifaq üzvlərinin istək və arzuları dinlənilib, sualları cavablandırıb, kollektivlərlə xatirə şəkilləri çəkdirilib.5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə ETİHİ Salyan Rayon Komitəsinin təşkilatçılığı ilə rayonun bir neçə ümumtəhsil məktəbində çalışan ittifaq üzvləri ilə görüşlər keçirilib.
Görüşlər zamanı komitə sədri təhsil işçilərinin cəmiyyətin inkişafında, gənc nəslin formalaşmasında və gələcəyimizin qurulmasında əvəzsiz rolunu xüsusi vurğulayıb. O, müəllim əməyinin yalnız bilik verməklə məhdudlaşmadığını, onun eyni zamanda insan yetişdirmək, gələcəyə yol göstərmək və dəyərlər aşılamaq kimi böyük missiya daşıdığını qeyd edib.
Səmimi söhbət şəraitində keçən görüşlərdə təhsil işçilərinin qayğı və ehtiyacları dinlənilib, onların əməyinə verilən yüksək dəyər ifadə olunub.
Tədbirlərdə 2025/2026-cı tədris ilində uğurlar əldə etmiş bir neçə müəllim ETİHİ Salyan Rayon Komitəsinin Fəxri Fərmanları ilə təltif olunub, onlara yeni-yeni nailiyyətlər arzulanıb.
Səmimi görüslər zamanı ittifaq üzvlərinin istək və arzuları dinlənilib, sualları cavablandırıb, kollektivlərlə xatirə şəkilləri çəkdirilib.













