Xəbərlər
5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə şəhər tədbiri keçirilib

5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə Sumqayıt şəhərində təhsil işçilərinin iştirakı ilə şəhər tədbiri keçirilmişdir.
Tədbirdə müəllim əməyinin cəmiyyətin inkişafında, gələcək nəsillərin formalaşmasında və milli-mənəvi dəyərlərin qorunub saxlanılmasında mühüm rolu vurğulanmış, təhsil sahəsində çalışan işçilərin fədakar və məsuliyyətli fəaliyyəti yüksək qiymətləndirilmişdir.
Tədbir çərçivəsində təhsil sahəsində səmərəli fəaliyyətləri və xidmətləri ilə fərqlənən bir qrup təhsil işçisi müxtəlif mükafat və fəxri fərmanlarla təltif olunmuşdur.
Bayram tədbiri müəllimlərə və bütövlükdə təhsil işçilərinə göstərilən diqqət və ehtiramın, onların əməyinə verilən yüksək dəyərin ifadəsi olmuşdur.
Bu əlamətdar gün münasibətilə bütün müəllimləri və təhsil işçilərini təbrik edir, onlara möhkəm cansağlığı, fəaliyyətlərində uğurlar və yeni nailiyyətlər arzulayırıq!









