“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə Siyəzən rayonunun təhsil müəssisələrində çalışan müəllimlərlə görüşlər keçirilib

30/09/2026, 20:49
xeber1

ETİHİ Siyəzən Rayon Komitəsinin təşkilatçılığı ilə Beynəlxalq Müəllimlər Günü münasibətilə ittifaq üzvləri ilə görüşlər keçirilib

5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı (ETİHİ) Siyəzən Rayon Komitəsinin təşkilatçılığı ilə rayonun təhsil müəssisələrində çalışan ittifaq üzvləri ilə görüşlər keçirilib.

Görüşlərdə Milli Məclisin deputatı Müşfiq Məmmədli, Siyəzən Rayon İcra Hakimiyyəti başçısının müavini Ruhiyyə Hacıyeva, ETİHİ Siyəzən Rayon Komitəsinin sədri Gülər Babayeva Siyəzən rayon üzrə Təhsil Sektorunun müdiri Elşad Sultanov və ETİHİ Respublika Komitəsinin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Ruhiyyə İsrafilova iştirak ediblər.

Görüşlər zamanı müəllim peşəsinin cəmiyyətin inkişafında və gələcək nəslin formalaşmasında mühüm rolu qeyd olunub, təhsil işçilərinin əməyinə verilən yüksək dəyər vurğulanıb. Müəllimlərin gündəlik fəaliyyəti, qarşılaşdıqları məsələlər və onların sosial-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işlər barədə fikir mübadiləsi aparılıb.

Tədbir iştirakçıları R.Məmmədov adına Eynibulaq kənd tam orta məktəbinin müəllimi Xəyalə Babayevanı, T.Cəlilov adına Məşrif kənd tam orta məktəbinin müəllimi Ucar Zeynalovu, Böyük Həmyə kənd tam orta məktəbinin müəllimi Ramil Əsgərovu, V.Qasımov adına Yenikənd kənd tam orta məktəbinin müəllimi Şəhruz Mərdanovu və Yenikənd kənd tam orta məktəbinin müəllimi Ema Məmmədovanı Beynəlxalq Müəllimlər Günü münasibətilə təbrik ediblər.

Görüşlərdə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) və ETİHİ Respublika Komitəsinin son iki illik fəaliyyəti barədə məlumat verilib, müəllim əməyinin cəmiyyətin inkişafında, gənc nəslin bilik və dünyagörüşünün formalaşmasında mühüm rolu vurğulanıb. Həmçinin ETİHİ Respublika Komitəsinin təhsil işçilərinin əmək və sosial-iqtisadi hüquqlarının müdafiəsi, istirahət və müalicəsinin təşkili istiqamətində gördüyü işlər barədə məlumat verilib.

Müəllimlərə möhkəm cansağlığı, pedaqoji fəaliyyətlərində uğurlar və yeni nailiyyətlər arzulayan qonaqlar onların gənc nəslin təlim-tərbiyəsindəki əməyinin əhəmiyyətini diqqətə çatdırıblar.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: