“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

5 oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə tədbir keçirilib.

05/10/2026, 20:51
xeber1

05 oktyabr 2026-cı il tarixində ETİHİ Qəbələ Rayon Komitəsinin və Şəki-Zaqatala Regional Təhsil İdarəsinin Qəbələ rayon təhsil sektorunun birgə təşkilatçılığı ilə 5 oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə tədbir keçirilib. Tədbir iştirakçıları öncə Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət etmiş, önünə gül dəstələri qoyaraq, əziz xatirəsini ehtiramla yad etmişlər.

 Şirvan Bulqədirov adına 5 nömrəli tam orta ümumtəhsil məktəbində davam edən tədbirdə ETİHİ Qəbələ Rayon Komitəsinin sədri Camal Qurbanov, Qəbələ Rayon İcra Hakimiyyətinin Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdiri Ətayə Osmanova, Qəbələ rayonu üzrə təhsil sektorunun müdiri Arifə Bayramova, müəllimlər iştirak ediblər.

Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra Ulu Öndər Heydər Əliyevin, şəhidlərin və dünyasını dəyişmiş təhsil işçilərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edənlər Beynəlxalq Müəllimlər Günü münasibətilə bütün müəllimləri təbrik edərək, onlara möhkəm cansağlığı, peşə fəaliyyətlərində uğurlar və gələcək nəsillərin yetişdirilməsi kimi məsuliyyətli və şərəfli missiyalarında yeni nailiyyətlər arzulayıblar. Çıxışlarda müəllim əməyinin cəmiyyətin inkişafında, savadlı, dünyagörüşlü və vətənpərvər nəslin formalaşmasında mühüm rol oynadığı vurğulanıb. Qeyd edilib ki, müəllim yalnız bilik öyrədən deyil, həm də şagirdlərin şəxsiyyət kimi formalaşmasına, onların həyat yolunu müəyyənləşdirməsinə töhfə verən mühüm bir peşənin sahibidir.

Tədbirdə bir qrup müəllimə təhsilin inkişafındakı xidmətlərinə, gənc nəslin təlim-tərbiyəsi sahəsində yüksək naliyyətlər əldə etdiklərinə görə və 5 oktyabr-Beynəlxalq Müəllimlər Günü münasibətilə Qəbələ Rayon İcra Hakimiyyətinin Fəxri Fərmanları və ETİHİ-nin Qəbələ Rayon Komitəsinin Təşəkkürnamə və hədiyyələri təqdim olunmuşdur. Tədbir şagirdlərin ifasında müəllim peşəsinə həsr edilmiş ədəbi-bədii kompozisiyalar və musiqi nömrələri ilə davam etmişdir.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: