“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə xüsusi tədbir təşkil olundu

03/10/2025, 10:42
xeber1

Bu gün müəllimlər üçün sözün əsl mənasında gözlənilməz sürpriz oldu. Onlar zəhmət və fədakarlıqlarına dəyər verilərək hədiyyələr, mükafatlar, gül dəstələri və Fəxri Fərmanlarla təltif edildilər. Bu jest, müəllim əməyinə göstərilən ehtiramın, elm və təhsilə olan böyük sevginin bariz nümunəsidir. 

Təqdimat tədbirində ETİHİ Respublika Komitəsinin İnzibati İdarəetmə Şöbəsinin müdiri Yasin Vəliyev, İnformasiya texnologiyaları üzrə mütəxəssis Sabit Xankişiyev və ETİHİ Göyçay rayon komitəsinin sədri Kəmalə Səmədova iştirak edərək, müəllimlərə dərin minnətdarlıqlarını bildirdilər.

Tədbirdə iştirak edən müəllimlər də öz növbəsində göstərilən diqqət və dəyərlə bağlı dərin minnətdarlıqlarını bildirərək, bu günün onlar üçün unudulmaz olduğunu vurğuladılar.

Biz inanırıq ki, bu kimi təşəbbüslər müəllimlərimizin gənc nəslin yetişdirilməsi yolunda göstərdikləri fədakarlığın dəyərini daha da artıracaq, onlara stimul verəcək və yeni nailiyyətlərə ruhlandıracaqdır.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: