Xəbərlər
5 Oktyabr Müəllimlər Günü ilə bağlı tədbir
03/10/2025, 16:53
5 oktyabr - Beynəlxalq Müəllimlər Günü münasibətilə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Cəlilabad Rayon Komitəsi tərəfindən rayonun ümumtəhsil məktəblərində çalışan, pedaqoji fəaliyyəti ilə fərqlənən bir sıra müəllimlər Fəxri Fərman və xatirə hədiyyəlri ilə mükafatlandırılıb.
Təltif olunan müəllimlər göstərilən diqqət və qayğıya, müəllim əməyinə verilən qiymətə görə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin rəhbərliyinə dərin minnətdarlıqlarını ifadə ediblər.



