Xəbərlər
"5 Oktyabr Müəllimlər Günü" münasibəti ilə əmək kollektivləri arasında "Çağırış Kuboku" adlı Nə? Harada? Nə zaman? intellektual bilik yarışı keçirildi

🧠 Goranboy rayonunda "Konstitusiya və Suverenlik İli" çərçivəsində "5 Oktyabr Müəllimlər Günü" münasibəti ilə əmək kollektivləri arasında "Çağırış Kuboku" adlı Nə? Harada? Nə zaman? intellektual bilik yarışı üzrə rayon birinciliyi keçirildi.
✅️ Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin Goranboy-Naftalan rayonu üzrə Təhsil Sektoru və Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının Goranboy rayon Komitəsinin birgə təşkilatçılığı ilə müəllimlər arasında intellektual bilik yarışı üzrə Goranboy rayon birinciliyi keçirildi.
➡️ Goranboy şəhər 1 nömrəli tam orta məktəbin akt zalında təşkil edilmiş bilik yarışında 22 komanda olmaqla 88 nəfər əməkdaş iştirak etdi. Yunis Qurbanovun aparıcılığı ilə ümumilikdə 26 sualdan ibarət 2 mərhələ üzrə qalibiyyət uğrunda mübarizə apardılar.
📍Gərgin mübarizə şəraitində keçən bilik yarışının yekun nəticəsi belədir:
🥇Yer - Goranboy rayon Borsunlu kənd 2 nömrəli tam orta məktəbi
🥈Yer - Goranboy rayon M. Səfərov adına Qaradağlı kənd tam orta məktəbi
🥉Yer - Goranboy rayon Qarasuçu kənd tam orta məktəbi
✅️ Bilik yarışında I, II və III yeri qazanmış komandalar fəxri fərman, kubok və medallarla təltif olundular.
☑️ Yarışda iştirak edən hər bir komandaya təşəkkür edir və gələcək fəaliyyətlərində uğurlar arzu edirik!


















