Xəbərlər
5 Oktyabr "Müəllimlər Günü" tədbiri davam edir
06/10/2026, 13:45

5 Oktabr-Müəllimlər Günü münasibətilə ETİHİ Qazax Rayon komitəsi, Qazax Rayon Təhsil Sektorunun birgə təşkilatçılığı ilə müəllimlərlə görüş və bayram tədbiri keçirilib.
Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının Qazax rayon komitəsinin sədri Donara Həsənova çıxış edərək müəllimləri təbrik edib, onlara şərəfli fəaliyyətlərində uğurlar arzulayıb. O, müəllimlik peşəsinin gənc nəslin savadlı, vətənpərvər və yüksək mənəvi dəyərlərə malik vətəndaş kimi yetişdirilməsində mühüm rol oynadığını vurğulayıb.
Bütün müəllimlərimizin günü mübarək!







