Xəbərlər
5 Oktyabr Müəllimlər Günü tədbiri qeyd olundu
01/10/2026, 14:49

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi "5 Oktyabr Beynəlxalq Müəllimlər Günü" münasibəti ilə müxtəlif bölgələrdə o cümlədən Qazax rayonunun ucqar kəndlərində çalışan müəllimlərlə silsilə görüşlər təşkil olunmuşdur. Görüş zamanı ETİHİ Respublika komitəsinin məsul əməkdaşı və Millət Vəkili Səməd Seyidovun köməkçisi rəhbərliyin bayram təbriklərini kollektivlərə çatdırmış, təhsilin inkişafında gənc nəslin təlim-tərbiyyəsində onların mühüm rolunu vurğulamışdırlar.Beynəlxalq Müəllimlər Günü münasibəti ilə tədbirlər Respublikanın bütün müəssisələrində davam etdirilməkdədir.














