Xəbərlər
5 Oktyabr-Beynəlxalq Müəllimlər Günü münasibətilə Oğuz rayonunda tədbir keçirilib.

03 Oktyabr 2025-ci il tarixində Oğuz rayonunda 5 Oktyabr-Beynəlxalq Müəllimlər Günü münasibətilə tədbir keçirilmişdir.Tədbirdə Oğuz Rayon İcra Hakimiyyətinin başçısı Cavid Əbdul-Qədirov,Şəki-Zaqatala Regional təhsil idarəsinin müdiri Günay Mahmudova,YAP Oğuz rayon təşkilatının sədri Saleh Məhərrəmov,hüquq-mühafizə orqanları,Oğuz rayon Təhsil Sektorunun müdiri Sərdar Nəbiyev,ETİHİ Oğuz Rayon Komitəsinin sədri Fərman İbrahimov,idarə və müəssisə rəhbərləri,şəhid ailələri və təhsil işçiləri iştirak etmişlər.Tədbir başlamamışdan əvvəl Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət olunmuş,önünə gül dəstələri qoyulmuşdur.Dövlət himni səsləndirilmiş,daha sonra Ümummili Lider Heydər Əliyevin və şəhidlərimizin xatirəsi sükutla yad edilmişdir.
Çıxış edənlər ölkədə təhsilin səviyyəsinin günü-gündən artdığını,dövlət başçısı cənab İlham Əliyevin təhsilə göstərdiyi qayğını və müəllim əməyinin həmişə yüksək səviyyədə olduğunu qeyd ediblər.Eyni zamanda çıxış edənlər müəllimləri təbrik edərək onlara öz səmimi arzularını çatdırmışlar.
Oğuz təhsilinin inkişafında xidmətlərinə görə bir qrup müəllimə Oğuz Rayon İcra hakimiyyətinin Fəxri Fərmanı,Azərbaycan Respublikasının Elm və Təhsil naziri Emin Əmirullayevin müvafiq əmri ilə verilmiş "Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi" döş nişanı, Elm və Təhsil Nazirliyinin Fəxri Fərmanı, Şəki-Zaqatala Regional Təhsil İdarəsinin Fəxri Fərmanı,Oğuz rayon Təhsil Sektorunun Fəxri Fərmanı,ETİHİ Oğuz rayon Komitəsinin hədiyyələri təqdim olunub.













