Xəbərlər
5 Oktyabr-Beynəlxalq Müəllimlər Günü İsmayıllı rayonu təhsil müəssisələrində böyük coşqu ilə qeyd olunmuşdur.

5 Oktyabr-Beynəlxalq Müəllimlər Günü İsmayıllı rayonu təhsil müəssisələrində böyük coşqu ilə qeyd olunmuşdur. ETİHİ Respublika Komitəsinin layihəsinə əsasən 9 ucqar kənd məktəbində qabaqcıl müəllimlər ,əsasən sertifikasiya imtahanlarından yüksək bal toplayanlar ETİHİ RK-nin pul və qiymətli hədiyyələri ilə mükafatlandırılmışdır.
Mükafatlandırma tədbirlərində ETİHİ Respublika Komitəsinin Hüquq şöbəsinin baş mütəxəssisi Mirvüqar Seyidbəyli, İnsan resursları şöbəsinin aparıcı mütəxəssisi Müslüm İsmayılov , Rayon Komitəsinin sədri Hafiz Kərimov və məktəb kollektivləri iştirak etdilər. Mükafat alan müəllimlər göstərilən diqqət və qayğıya görə AHİK-in sədri Sahib Məmmədova və ETİHİ Respublika Komitəsinin sədri Araz Paşayevə minnətdarlıqlarını bildirdilər.
#ETİHİ #AHİK #ucqarkəndməktəbləri #təltifolunma














