Xəbərlər
5 oktyabr-Beynəlxalq Müəllimlər Günü münasibətilə tədbir

N.Nəcəfov Şirvan ŞK
30.09.2025-ci il tarixdə 5 oktyabr-Beynəlxalq Müəllimlər Günü münasibətilə ETİHİ Şirvan Şəhər Komitəsi tərəfindən şəhərin bir neçə məktəblərində çalışan müəllimləri təltif etmək üçün dərs prosesini pozmadan tədbirlər təşkil olundu. Tədbirdə ETİHİ Şirvan şəhər komitəzinin sədri Niyazi Nəcəfovla bərabər ETİHİ Respublika Komitəsinin məsul işçisi Ramil Orucov da iştirak etdi. Ramil Orucov təltif olunan müəllimlərə AHİK-in sədri cənab Sahib Məmmədovun və ETİHİ Respublika Komitəsinin sədri cənab Araz Paşayevin səmimi salamlarını çatdırıb onlara bu şərəfli işlərində uğurlar arzuladı.
02.10.2025-ci il tarixdə isə Şirvan Şəhər Təhsil Sektorunun və ETİHİ Şirvan Şəhər Komitəsinin təşkilatçılığı ilə 5 oktyabr- Beynəlxalq Müəllimlər Günü münasibətilə şəhər tədbiri keçirildi. Tədbirdə Şirvan şəhər İcra Hakimiyyətinin başcısı İlqar Abbasov, Şirvan-Salyan Regional Təhsil İdarəsinin müdir müavini Hüseyn Həsənov, Şirvan Təhsil Sektorunun müdiri Varis Qasımlı çıxış edərək təltif olunan müəllimləri təbrik edib, onları peşə bayramı münasibətilə qiymətli hədiyyə və Fəxri Fərmanla təltif etdilər. Təltif olunan müəllimlər bu diqqət və qayğıya görə Elm və Təhsil Naziri Emin Əmrullayeva, ETİHİ Respublika Komitəsinin sədri Araz Paşayevə öz minnətdarlıqlarını bildirdilər.
#AHİK
#ETİHİRespublikaKomitəsi
#ETİHİŞirvanŞəhərKomitəsi
#5oktyabrBeynəlxalqMüəllimlərGünü
#Təhsilişçiləri
#Bizbirlikdəgüclüyük

















