Xəbərlər
5Oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə Ulu Öndər Heydər Əliyevin abidəsi ziyarət olunaraq önünə gül dəstələri qoyulmuş, əziz xatirəsi dərin ehtiramla yad edilmişdir.
05/10/2026, 12:45

Tədbirdə Dağlıq Şirvan Regional Təhsil İdarəsinin Ağsu rayon təhsil sektorunun müdiri Ramin Mahmudov, ETİHİ Ağsu Rayon Komitəsinin sədri Sevinc Beybudova, məktəb direktorları, müəllimlər və təhsil ictimaiyyətinin nümayəndələri iştirak etmişlər.
Azərbaycan təhsilinin inkişafına daim xüsusi diqqət və qayğı göstərən Ulu Öndərin əziz xatirəsini minnətdarlıq hissi ilə anır, bütün müəllimləri peşə bayramları münasibətilə təbrik edir, onlara şərəfli fəaliyyətlərində uğurlar arzulayırıq.













