“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

6 nömrəli liseydə Bilik Günü qeyd olunub

15/09/2026, 16:58
xeber1

Bakıdakı Tofiq İsmayılov adına 6 nömrəli liseydə 2026–2027-ci tədris ilinin başlanması münasibətilə tədbir keçirilib.


Liseyin direktoru Gülşən Orucova çıxış edərək yeni tədris ilinin başlanması münasibətilə şagird və müəllim kollektivini təbrik edib. O, ötən tədris ilində liseyi bitirərək ali məktəblərə qəbul olan məzunları təbrik edib, onlara təhsil həyatında uğurlar arzulayıb.


Tədbirdə ETİHİ Respublika Komitəsi sədrinin müavini Turanə Kərimova da iştirak edib. T.Kərimova çıxışında yeni tədris ili münasibətilə müəllim və şagirdləri təbrik edib, onlara uğurlar arzulayıb. O, təhsilin inkişafında müəllim əməyinin və gənc nəslin keyfiyyətli təhsil almasının mühüm əhəmiyyət daşıdığını vurğulayıb.


Tədbirdə yeni tədris ilinin məqsəd və vəzifələri, şagirdlərin keyfiyyətli təhsil almasının və onların hərtərəfli inkişafının əhəmiyyəti vurğulanıb.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: