Xəbərlər
60 illik yubiley

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı ETİHİ Ağstafa Rayon Komitəsi nin rəhbərliyi tərəfindən Vətən müharibəsi şəhidi Elvin İmaməliyevin anası, ömrünü təhsil və maarifçilik yoluna həsr etmiş, uzun illər pedaqoji fəaliyyət göstərmiş Rəfiqə Imaməliyevanı 60 illik yubileyi münasibətilə onu səmimi-qəlbdən təbrik etmişdir.
Təbrik zamanı Rəfiqə müəllimin zəngin pedaqoji təcrübəsi, gənc nəslin təlim-tərbiyəsində göstərdiyi fədakar fəaliyyəti, peşəkarlığı və yüksək mənəvi keyfiyyətləri xüsusi vurğulanmışdır. Qeyd olunmuşdur ki, belə müəllimlər cəmiyyətin intellektual və mənəvi inkişafında mühüm rol oynayır, onların əməyinə hər zaman böyük ehtiram göstərilir.
Elvira Əfəndiyeva Rəfiqə müəllimə təhsil sahəsində göstərdiyi çoxillik səmərəli fəaliyyətə görə dərin minnətdarlığını bildirmiş, ona möhkəm cansağlığı, uzun ömür, ailə səadəti, firavan həyat və körpə balaların xoş günlərini görməyi arzulamışdır.
Rəfiqə müəllimə ona göstərilən diqqət və qayğıya görə təşəkkür etmişdir.




