Xəbərlər
60 illik yubiley
06/06/2026, 12:43

ETİHİ Qubadlı Rayon Komitəsi tərəfindən Qubadlı rayon Kərəm Mirzəyev adına Xanlıq kənd 1 nömrəli tam orta məktəbin kitabxana müdiri Allahverdiyeva Bədrcahan Məhəmmədəli qızının 60 illik yubileyi qeyd olunmuşdur. Tədbirdə ETİHİ Qubadlı Rayon Komitəsinin sədri Möhlət Orucov, məktəbin direktoru Akifə Abdullayeva, İlk Həmkarlar Təşkilatının sədri Xəyalə Verdiyeva və məktəbin pedaqoji kollektivi iştirak etmişdir. Çıxış edənlər Bədrcahan xanımın işində göstərdiyi zəhmətkeş, məsuliyyətli əməyini yüksək qiymətləndirdilər, ona can sağlığı, yüksək əhval ruhiyyə və gələcək fəaliyyətində yeni uğurlar arzu etdilər. Tədbirin sonunda yubilyara Fəxri Fərman və mükafat təqdim olunmuşdur.








