“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

60 illik yubiley münasibətilə

02/09/2026, 11:32
xeber1

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Nəsimi Rayon Komitəsinin üzv təşkilatı olan 45 nömrəli körpələr evi-uşaq bağçasının texniki işçisi Daniyarova Sevda Mikayıl qızının 60 illik yubileyi qeyd olunub.Yubiley münasibətilə Sevda xanımı təbrik edən həmkarları ona möhkəm cansağlığı, uzun ömür, ailə səadəti və gələcək fəaliyyətində uğurlar arzulayıblar.Qeyd olunub ki, illər ərzində öz işinə məsuliyyətlə yanaşması, zəhmətsevərliyi və kollektivə səmimi münasibəti ilə seçilən Sevda Daniyarova çalışdığı müəssisənin fəaliyyətinə öz töhfəsini verib.Əziz Sevda xanım, 60 illik yubileyiniz mübarək! Sizə sağlam, xoşbəxt və mənalı ömür, doğmalarınızla birlikdə bol sevinc və gözəl günlər arzulayırıq!

Sosial şəbəkələrdə paylaş: