“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

60 illik yubiley münasibətilə

15/09/2026, 16:52
xeber1

ETİHİ Nəsimi Rayon Komitəsinin sədri Reyhan Ocaqova 92 nömrəli körpələr evi-uşaq bağçasının müdiri Qənbərova Rəhimə Reydulla qızını 60 illik yubileyi münasibətilə təbrik edib.

Görüş zamanı Reyhan Ocaqova Rəhimə xanımı əlamətdar yubileyi münasibətilə təbrik edərək, ona möhkəm cansağlığı, ailə səadəti, uzun ömür və gələcək fəaliyyətində uğurlar arzulayıb. Qeyd olunub ki, təhsil sahəsində, xüsusilə məktəbəqədər təhsil müəssisəsində rəhbər kimi fəaliyyət göstərmək böyük məsuliyyət, peşəkarlıq və yüksək təşkilatçılıq tələb edir.Rəhimə Qənbərovanın rəhbərlik etdiyi kollektivdə sağlam iş mühitinin formalaşdırılması, təlim-tərbiyə prosesinin səmərəli təşkili və uşaqların hərtərəfli inkişafı istiqamətində göstərdiyi fəaliyyət yüksək qiymətləndirilib.Yubiley münasibətilə Rəhimə xanıma bundan sonrakı həyat və fəaliyyətində yeni nailiyyətlər, möhkəm cansağlığı, xoş günlər və ailə səadəti arzulayırıq.

Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: