Xəbərlər
60 illik yubiley qeyd olundu
07/04/2026, 08:40

ETİHİ Qubadlı Rayon Komitəsi tərəfindən Qubadlı rayon Xanlıq kənd 2 nömrəli tam orta məktəbin müəllimi Heydərova Sevil İbrahim qızının 60 illik yubileyi qeyd olunmuşdur. Tədbirdə məktəbin direktoru Günay İbrahimli, İlk Həmkarlar təşkilatının sədri Ruhəngiz Babayeva və məktəbin pedaqoji kollektivi iştirak etmişdir. Heydərova Sevil İbrahim qızının gənc nəslin təlim-tərbiyəsində göstərdiyi şərəfli və fədakar əməyi yüksək qiymətləndirilir, ona gələcək fəaliyyətində yeni uğurlar arzu edirik. Tədbirin sonunda yubilyara Fəxri Fərman və mükafat təqdim olunmuşdur.




