Xəbərlər
60 illik yubiley təbrik olundu
19/02/2026, 10:05

ETİHİ Qubadlı Rayon Komitəsi tərəfindən Qubadlı rayon Bərxudar Əsgərov adına Xələc kənd tam orta məktəbin texniki işçisi Əliyeva Mətanət Muxtar qızının 60 illik yubileyi qeyd olunmuşdur. Tədbirdə ETİHİ Qubadlı Rayon Komitəsinin sədri Möhlət Orucov, Qubadlı rayon Təhsil Sektorunun müdiri Müşfiq Hüseynov, məktəbin təsərrüfat işləri üzrə direktor müavini Mahmud Əsədov iştirak etmişdir. Əliyeva Mətanət Muxtar qızının zəhmətkeş və fədakar əməyi yüksək qiymətləndirilir, ona gələcək fəaliyyətində yeni uğurlar arzu edirik. Tədbirin sonunda yubilyara Fəxri Fərman və mükafat təqdim olunmuşdur.




